Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1999-cu ildə Malayziyada
aşkarlanmış “Nipah”, yaxud “NiV” adlı virusun pandemiyası ilə bağlı
xəbərdarlıq edib.
“Rossiyskaya qazeta” xəbər verir ki, “Nipah” Nipah çayı sahilində
yaşayan donuzçuluqla məşğul olan fermerlərdə aşkarlanıb.
Onun vəhşi təbiətdəki daşıyıcıları Cənubi Çin, Cənub-Şərqi Asiya,
Yeni Qvineya və Avstraliyada geniş yayılmış yarasalar və yarasalar
dəstəsinə aid uçan tülkülərdir. Bu virusa Afrikada uçan tülkülərdə
də rast gəlinib. Həmin heyvanlar bu virusdan heç vaxt
xəstələnmirlər.
“Nipah” insanlara virusa yoluxan xəstə donuzlarla təmasdan keçir.
Virusdan ölüm halları 40-75 faiz təşkil edir. Xəstəlik ölümcül
ensefalit (baş beyinin iltihabı) yaradır, eləcə də simptomsuz
mövcud olur. “Nipah”a qarşı hələlik dərman taplmayıb.
Ümumdünya Səhiyyə Təşkilatı profilaktika üçün yarasalar və onun
kimilərlə əlaqəni azaltmağı, virusa yoluxan adamlarla fiziki
təmaslardan yayınmağı, əlləri yumaq və fərdi qorunma vasitələrindən
istifadə etməyi məsləhət görür.
Mənbə: report.az