“Sülh, bölgənin inkişafı üçün fürsət yaranıb. Bizim
çağırışlarımız həmişə bu istiqamətdədir. Ermənistan da bu
istiqamətdə hərəkət edərsə, bölgənin sabitliyi və iqtisadi
inkişafından ən çox onlar faydalanacaq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Ermənistanın atacağı müsbət addıma Azərbaycanla
koordinasiyalı şəkildə müsbət cavab verəcəyik", -
nazir bildirib.
O vurğulayıb ki, 30 ilə yaxın işğal altında qalan Azərbaycan
torpaqlarında hər şey dağıdılıb, ermənilər əraziləri tərk edərkən
də dağıtdılar:
“Qarabağda,
xüsusilə Ağdam və digər 7 rayonun bərpası, tarixi, dini, mədəni
abidələrin bərpası üçün Azərbaycan hökumətinin əhatəli
infrastruktur çalışmaları var. Biz türk dünyası olaraq Azərabycanın
yanında olduğumuz kimi bu bölgənin inkişafında da Azərbaycana
əlimizdən gələn dəstəyi verəcəyik”.
Mənbə: report.az