Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşları Ermənistana
tankın ehtiyat hissələrinin göndərilməsinə cəhdin qarşısını alıb.
Bu barədə Ural Gömrük İdarəsinin Mətbuat xidməti məlumat yayıb.
“Hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş
RP-5 relesi olan 37 stabilizator tankın idarə edilməsində istifadə
olunur. Stabilizatoru Uralın cənubundan olan, Çelyabinsk
vilayətinin sakini göndərib”, - məlumatda
vurğulanıb.
Bildirilib ki, bu stabilizatorlar hərbi texnikalarda, o cümlədən
“T-72” markalı tanklarda istifadə olunur.
Fakt üzrə cinayət işi başlayıb. Bu cinayətin cəzası 7 il həbs və ya
1 milyon rubladək cərimədir.
Mənbə: report.az