Türkiyədə üç günlük küçəyə çıxmaq qadağası tətbiq ediləcək.
23 apreldə “Milli Suverenlik və Uşaq Bayramı” günü münasibəti ilə
rəsmi tətil elan edilib. Nəticədə həftəsonu tətbiq ediləcək küçəyə
çıxmaq qadağası bu gün (22 aprel - Red), yerli vaxtla saat
19:00-dan etibarən qüvvəyə minəcək.
Cümə, şənbə və bazar günlərini əhatə edəcək sərt karantin rejimi 26
aprel, yerli vaxtla saat 05:00-dan sonra qismən yumşaldılacaq.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının
yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında
artım müşahidə olunur. İndiyədək ümumilikdə 4 446 591 nəfərdə virus
aşkarlanıb, müalicə alan 36 975 nəfər ölüb. Hazırda 3 398 nəfər
reanimasiyadadır.
Mənbə: report.az