Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, Qaradağ rayonu
ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni
Aslan Hüseynovdur.
“Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb.
Nəticədə sürücü A.Hüseynov vəfat edib”, - deyə
Azərbaycanın DYP rəsmisi məlumat verib.
Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün “Instagram”
hesabından anasının vəfat etməsi ilə bağlı paylaşım edib.
Mənbə: oxu.az