“Microsoft”un banisi Bill Qeyts və xanımı Melinda boşandıqlarını
elan ediblər.
Bu barədə Bill Qeytsin tvitterdə xanımı ilə birlikdə yaydığı
açıqlamada bildirilir.
"Münasibətimiz barəsində çox düşündükdən və çalışdıqdan sonra
evliliyimizə son qoymaq qərarını verdik", -
açıqlamada qeyd olunur.
Qeytslər bildiriblər ki, onlar 27 il nikah zamanı üç gözəl uşaq
böyüdüblər və bütün dünyada fəaliyyət göstərən xeyriyyəçilik fondu
yaradıblar.
“Fond üzərində birlikdə çalışmağa davam edəcəyik, amma
artıq bir cüt olaraq həyatımızın bu yeni mərhələsində birlikdə
yaşaya biləcəyimizə inanmırıq", - Qeyts cütlüyü
vurğulayıb.
Boşanmanın maliyyə tərəfi açıqlanmır.
Qeyd edək ki, “Microsoft”un rəhbəri dünayda ən zəngin
biznesmenlərin ilk beşliyinə daxildir, onun ailəsi sərvəti 130
milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Mənbə: report.az