Putin Rusiyanın Açıq Səma Müqaviləsindən çıxması haqqında qanunu Dumaya göndərib
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Açıq Səma Müqaviləsini denonsasiya etməsi haqqında qanun layihəsini Dövlət Dumasına göndərib.

Bu barədə məlumat Rusiya parlamentinin aşağı palatasının məlumat bazasında yer alıb.

Açıq Səma Müqaviləsi 1 yanvar 2002-ci il tarixində qüvvəyə minib və “soyuq müharibə”dən sonra Avropada inamın möhkəmləndirilməsi tədbirlərindən biri olub. Bu müqavilə iştirakçı üzv olan 34 ölkəyə bir-birlərinin silahlı qüvvələri və tədbirləri haqqında məlumat toplamağa imkan verib. Ötən ilin mayında ABŞ bu sazişdən çıxma prosedurunu başladıb və bu, noyabrın 22-də başa çatıb.

Rəsmi Moskva isə bu ilin yanvarında məlum müqavilədən çıxdığını bəyan edib. Rusiya XİN Vaşinqtonun hərəkətlərinin digər dövlətlərin maraqlar balansını əhəmiyyətli dərəcədə pozduğunu bildirib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google