Yaponiyanın ən böyük aviadaşıyıcısı olan “Japan Airines” (JAL)
2025-ci maliyyə ilində uçan avtomobillər işlətməyə başlamağı
nəzərdə tutur.
“Nikkei” xəbər verir ki, şirkət hava limanları ilə turizm bölgələri
arasında taksi sərnişindaşıma xidmətini tətbiq etmək niyyətindədir.
Bunun üçün 2020-ci ilin sərmayəsi olan Almaniyanın “Volocopter”
startapı çərçivəsində istehsal olunan, 110 km/saatadək sürətlə 35
km-dək məsafə qət edə bilən “eVTOL” adlı iki yerlik dron tipli,
yaxud elektrik uçan vasitələrdən istifadə etmək nəzərdə
tutulur.
İlk mərhələdə sınaq olaraq 20 km-dək, daha sonra isə 50-150 km
şəhərlərarası uçuşlar təşkil ediləcək.
Bununla yanaşı, JAL başqa nəqliyyat şirkətləri üçün sözügedən
sahədə təlim və təhlükəsizlik xidməti də göstərmək
niyyətindədir.
Qeyd edək ki, Yaponiyanın ikinci ən böyük aviadaşıyıcısı olan “All
Nippon Airways” də eyni müddət ərzində hava taksisi xidmətlərini
tətbiq etməyə hazırlaşır.
Mənbə: report.az