Məşhur aktyor Ceki Çan bu yaxınlarda Pekində keçirilən forumda
çıxışı zamanı Çin Kommunist Partiyasına (ÇKP) üzv olmaq istədiyini
bildirib.
Bu barədə “Global Times” xəbər verib.
“Mən partiyanın əzəmətini görürəm, o dediklərini və vəd
etdiklərini 100 ildən az müddətdə, bir neçə onillikdə yerinə
yetirəcəkdir”, - deyə aktyor vurğulayıb.
Aktyor partiyanın qurulmasının yüz illiyinə həsr olunmuş
teatrlaşdırılmış tamaşada iştirak edib. O, partiyanın rəhbərliyi
altında yaponlara qarşı döyüşən hərbçilərin şücaətindən
təsirlənib.
Mənbə: report.az