Ceki Çan Çin Kommunist Partiyasına üzv olmaq istəyir
Məşhur aktyor Ceki Çan bu yaxınlarda Pekində keçirilən forumda çıxışı zamanı Çin Kommunist Partiyasına (ÇKP) üzv olmaq istədiyini bildirib.

Bu barədə “Global Times” xəbər verib.

“Mən partiyanın əzəmətini görürəm, o dediklərini və vəd etdiklərini 100 ildən az müddətdə, bir neçə onillikdə yerinə yetirəcəkdir”, - deyə aktyor vurğulayıb.

Aktyor partiyanın qurulmasının yüz illiyinə həsr olunmuş teatrlaşdırılmış tamaşada iştirak edib. O, partiyanın rəhbərliyi altında yaponlara qarşı döyüşən hərbçilərin şücaətindən təsirlənib.

Mənbə: report.az
Print