Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan
dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat
törədib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report.az"a verilən
məlumata görə, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu
ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən
Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı
silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən
adekvat cavab tədbirləri görülür.
Mənbə: report.az