Yaponiyada son bir həftədə 8,1 min nəfəri gün vurub
Yaponiyada bir həftə ərzində günvurma ilə əlaqədar 8 mindən çox insan xəstəxanaya yerləşdirilib.

Bu barədə NHK telekanalı bildirib.

Ölkənin Fövqəladə Hallar Nazirliyi rolunu yerinə yetirən yanğınsöndürmə idarəsinin məlumatına görə, iyulun 19-dan 25-dək xəstəxanalara azı 8 122 insan göndərilib. Bu, ötən həftə ilə müqayisədə 1,8 dəfə çoxdur.

Qeyd edilir ki, anomal istilərdən azı 23 insan ölüb.

Yaponiyada günvurma ilə bağlı əsasən yaşı 60-dan yuxarı olan sakinlər xəstəxanalara yerləşdirilib. Ölkədə ən isti hava iyul və avqust aylarında müşahidə edilir.

Çərşənbə günü regionların əksəriyyətində havanın temperaturu 30 dərəcəni ötəcək.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google