Yaponiyada bir həftə ərzində günvurma ilə əlaqədar 8 mindən çox
insan xəstəxanaya yerləşdirilib.
Bu barədə NHK telekanalı bildirib.
Ölkənin Fövqəladə Hallar Nazirliyi rolunu yerinə yetirən
yanğınsöndürmə idarəsinin məlumatına görə, iyulun 19-dan 25-dək
xəstəxanalara azı 8 122 insan göndərilib. Bu, ötən həftə ilə
müqayisədə 1,8 dəfə çoxdur.
Qeyd edilir ki, anomal istilərdən azı 23 insan ölüb.
Yaponiyada günvurma ilə bağlı əsasən yaşı 60-dan yuxarı olan
sakinlər xəstəxanalara yerləşdirilib. Ölkədə ən isti hava iyul və
avqust aylarında müşahidə edilir.
Çərşənbə günü regionların əksəriyyətində havanın temperaturu 30
dərəcəni ötəcək.
Mənbə: report.az