Ermənistanın törətdiyi cinayətlərlə bağlı 70-dən çox cinayət işi başlanılıb – Erkin Əlixanov
“Ermənistan silahlı qüvvələri və siyasi hərbi rəhbərliyi tərəfindən törədilən cinayət faktları üzrə 70-dən çox cinayət işi başlanılıb”.

Bunu Azərbaycanın Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi, baş ədliyyə müşaviri Erkin Əlixanov deyib.

“Hazırda da həmin cinayət işləri üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılaraq xarici dövlətlərlə bu istiqamətdə hüquqi yardım sahəsində əməkdaşlıq davam etdirilir”, - o bildirib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google