Şahmat üzrə 5 qat dünya çempionu Nona Qaprindaşvili “Netflix”
onlayn kinoteatra qarşı ABŞ-ın Los-Anceles Federal Məhkəməsində
iddia qaldırıb.
80 yaşlı şahmatçı şirkəti “Kraliçanın gedişi” serialında onunla
bağlı yanlış məlumat yaymaqda ittiham edib.
Belə ki, serialın son seriyasında N.Qaprindaşvilinin kişi
şahmatçılarla qarşılaşmadığı bildirilib və bu, həqiqətə uyğun
deyil.
Ekran əsərində həmçinin gürcü qrossmeyster səhvən rusiyalı şahmatçı
kimi təqdim olunub.
N.Qaprindaşvili “Netflix”dən 5 milyon ABŞ dolları təzminat və
serialdan onunla bağlı yanlış məlumatların silinməsini tələb
edir.
Qeyd edək ki, N.Qaprindaşvili kişilər arasında beynəlxalq
qrossmeyster adına layiq görülmüş ilk qadın şahmatçıdır. O,
karyerasında ən azı 59 kişi şahmatçı ilə oyun keçirib.
Mənbə: report.az