Pandemiya ərzində dünyada koronavirus infeksiyasına ümumilikdə 228
394 572 yoluxma qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verir.
Qeyd edilir ki, son bir gün ərzində dünyada COVID-19-a daha 453 600
yoluxma aşkarlanıb.
Məlumata görə, COVID-19-dan ölən pasiyentlərin sayı 4 690 186
nəfərə çatıb. Siyahıda ilk yerləri ABŞ, Braziliya, Hindistan və
digər ölkələr bölüşdürür.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan
şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub,
martın 11-də isə koronavirusu pandemiya elan edib.
Mənbə: report.az