Ukraynada 4,3 bal gücündə zəlzələ olub
Ukraynanın Ternopol vilayətində 4,3 bal gücündə zəlzələ olub.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Nəzarət Mərkəzi mətbuat xidməti bildirib.

Məlumata görə, zəlzələ vilayətin Çertkov şəhərində 6 km dərinlikdə baş verib. Bildirilib ki, sonuncu dəfə belə gücdə zəlzələ 2002-ci ildə qeydə alınıb.

Ukrayna Fövqəladə Hallar Nazirliyi yeraltı təkanlar nəticəsində itki, xəsarət alan və dağıntının olmadığını bildirib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google