Ukraynanın Ternopol vilayətində 4,3 bal gücündə zəlzələ olub.
“RİA Novosti” xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Nəzarət
Mərkəzi mətbuat xidməti bildirib.
Məlumata görə, zəlzələ vilayətin Çertkov şəhərində 6 km dərinlikdə
baş verib. Bildirilib ki, sonuncu dəfə belə gücdə zəlzələ 2002-ci
ildə qeydə alınıb.
Ukrayna Fövqəladə Hallar Nazirliyi yeraltı təkanlar nəticəsində
itki, xəsarət alan və dağıntının olmadığını bildirib.
Mənbə: report.az