"44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa
etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli
ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını
əzdik".
Bunu Azərbaycan Prezidenti, İlham Əliyev 27 sentyabr - Anım
Günü ilə əlaqədar xalqa müraciətində deyib.
"Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni
vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün
şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz,
məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir
olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış
məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya
müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz
saxlayırdı. Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya
verəcəklər. Mən bir çox müsəlman ölkələrindən bu məsələ ilə bağlı
məktublar alıram. Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı,
erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı
məlumatlandırırıq və məlumatlandıracağıq. Ona görə də bizim
Qələbəmiz qeyd etdiyim kimi, erməni faşizmi üzərində əldə edilmiş
Qələbədir", - Prezident vurğulayıb.
Mənbə: report.az