Türkiyənin şimalında yerləşən Bartın şəhərində ağır yol-nəqliyyat
hadisəsi baş verib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Avtobusun idarəetməni itirərək aşması nəticəsində şəhərin bələdiyyə
sədrinin köməkçisi də Ahmet Komeç daxil olmaqla 2 nəfər ölüb.
Daha 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanada
müalicə alan yaralılardan 4-nün vəziyyətinin ağır olduğu
bildirilir.
Qeyd edək ki, bələdiyyə sədri Cemal Akın da qəza vaxtı avtobusda
olub. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Mənbə: report.az