Azərbaycana məxsus AZAL Ermənistanın hava məkanından istifadə etməyə başlayıb (VİDEO)
11:20 / 06.10.2021
“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) oktyabrın 6-dan
etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə
yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə
etməyə başlayıb.
AZAL-dan verilən məlumata görə, Bu addım Azərbaycanın regionda
nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu
nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab
verir.
Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi həmçinin bu
istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının
azalmasına gətirib çıxaracaq.
Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan
və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava
dəhlizlərindən istifadə edə bilər.