"Rusiya Ermənistana qarşıdakı dövrdə 1 milyard dollara
yaxın sərmayə qoymağı nəzərdə tutur".
TASS xəbər verir ki, bunu 8-ci Ermənistan – Rusiya Regionlararası
Forumu çərçivəsində keçirilən brifinqdə Rusiya iqtisadi inkişaf
nazirinin müavini Dimitriy Volvaç bildirib.
“Statistikaya görə hazırda Ermənistana qoyulan xarici
sərmayələrin 40 faizi Rusiyadandır. Məncə, bu rəqəmin belə
səviyyədə qalacağı çox məntiqli olar. Təbii ki, başqa ölkələrdən,
başqa tərəfdaşlardan da sərmayələr gəlir, amma Rusiyanın, Rusiya
sahibkarlarının Ermənistan iqtisadiyyatındakı mövqelərini,
əhəmiyyətini saxlayacağına inanıram” – nazir müavini
deyib.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov yaxın illərdə
Rusiya şirkətlərinin Ermənistan iqtisadiyyatına 1 milyard dollara
yaxın sərmayə qoymağa hazır olduqlarını təsdiqləyib:
“Aramızdakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki
səviyyəsini keçib, Rusiya şirkətləri Ermənistanda ən iri vergi
ödəyiciləridir”.