Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 234
uşaq ölüb, 433 uşaq güllə və qəlpə yarası alıb.
Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev,
Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir
şəhərlərində xəsarət alıb.
Ukrayna ərazisinin Rusiya tərəfindən bombardman olunması
nəticəsində 1848 təhsil müəssisəsinə ziyan dəyib, 173-ü tamamilə
dağılıb.
Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil,
müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində
uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə
edib.