Gürcüstana duz satan Ukrayna şirkəti istehsalı dayandırıb
Avropanın və Ukraynanın ən böyük duz istehsalçısı “Artyomsol” şirkəti fəaliyyətini dayandırıb.

Müəssisənin direktoru Viktor Yuri bildirib ki, "Artemsol"un işi qeyri-müəyyən müddətə dayandırılıb: “Buna səbəb xeyli insanın təxliyə edilməsi, şirkətin kifayət qədər işçi qüvvəsinin olmamasıdır. Bundan başqa, dəmir yolu fəaliyyət göstərmədiyi üçün zavod məhsullarını daşıya bilmir. Nəticədə, yaxın gələcəkdə Ukrayna başqa ölkələrdən duz almalı olacaq. Duz qıtlığını şirkətin xarici müştəriləri də hiss edəcək. Çatışmazlığı ilk hiss edənlər Polşa, Rumıniya, Macarıstan, Gürcüstan, Moldova və Azərbaycan olacaq".

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google