Dmitri Kuleba - Rus oğruları Ukrayna taxılını oğurlayır və xaricə satmağa çalışırlar - oğurlanmış məhsulu almayın, Rusiya cinayətlərinin ortağı olmayın
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dövlətləri Ukraynada oğurlanmış taxılı Rusiyadan almamağa və Rusiya cinayətlərinə şərik olmamağa çağırıb.

Kulebanın Twitter-də yazdığına görə, oğurluq heç kimə bəxt gətirməyib.

"Rus oğruları Ukrayna taxılını oğurlayır, gəmilərə yükləyir, Bosfor boğazından keçərək xaricə satmağa çalışırlar. Mən bütün dövlətləri ayıq olmağa və bu cür təkliflərdən imtina etməyə çağırıram. Oğurlanmış malları almayın. Rusiya cinayətlərinin ortaqlarına çevrilməyin. Oğurluq heç kimə bəxt gətirməyib”,
- deyə Kuleba yazıb.

Print Email
FaceBook Twitter Google