Xəzər dənizinin Dağıstan sahillərində 2 500-ə yaxın suiti cəsədi
tapılıb.
Bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi teleqramda
məlumat yayıb.
Qeyd olunub ki, suitilər Sulak və Şurinka çaylarının mənsəbləri
arasındakı ərazidə aşkar edilib.
Ölən heyvanların sayının hesablanması davam edir.
"Bu, son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır.
Səbəblər ölmüş heyvanların patoloji materialının laboratoriya
tədqiqatlarından sonra müəyyən ediləcək", - məlumatda
qeyd olunur.