“Bəzi beynəlxalq tərəfdaşların çağırışlarına
baxmayaraq, Rusiya ilə sülh danışıqları istisnadır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times”a
müsahibəsində deyib.
O bildirib ki, Rusiya ilə danışıqlar məsələsində rəsmi Kiyevlə
Qərbin maraqları fərqli ola bilər:
“Rusiyanın müharibə
cinayətləri Ukrayna ictimaiyyətini Moskva ilə kompromislərlə bağlı
daha sərt mövqe tutmağa vadar etdi. Bəzi müttəfiqlər Ukraynanın
Krımı azad etmək cəhdinin nüvə eskalasiyasının başlanmasına səbəb
olacağından ehtiyat edirlər”.