Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının sayı demək
olar, 49,6 min nəfərə çatıb.
Episentri Kahramanmaraş vilayətində yerləşən zəlzələlər nəticəsində
49 min 589 nəfər həyatını itirib ki, onlardan 6 min 807 nəfəri
xarici vətəndaşlardır.
Bu barədə jurnalistlərə açıqlamasında ölkənin vitse-prezidenti Fuat
Oktay bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin
Pazarcık rayonunda 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni
şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş
verib.
Mənbə: azertag.az