Mart ayının 18-də saat 21:10-da Dövlət Sərhəd Xidmətinin (DSX)
Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi
yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində
narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana
keçirilməsinin qarşısı alınıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi
çəkisi 9 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq
götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.