“İran hakimiyyəti son bir ildə 697 nəfəri edam
edib”.
Bu barədə İranın Hüquq Müdafiə Təşkilatının hesabatında
bildirilib.
Məlumata görə, 2022-ci il sentyabrın 1-dən indiyə qədər 697 nəfər
edam olunub:
“Bu da əvvəlki illə müqayisədə 36 faiz
çoxdur”.
Hesabatda qeyd edilib ki, 2022-ci ilin sentyabrından
başlayan
etiraz aksiyalarında iştirak etmiş 7 nəfər edam olunub, daha 10
etirazçı barəsində bu hökm çıxarılıb:
“82 nəfər
haqqında isə ölüm hökmünün çıxarılacağı
gözlənilir”.