Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər, o cümlədən gərginliyin
yayılmasının qabaqlayıcı tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti mülki obyektlərin vurulmasından narahatlığını ifadə edib.

Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığı təmin etməsi üçün hər cür təşəbbüsləri göstərməyə davam edəcəyini bildirib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google