Livandan İsrailə növbəti dəfə raket atılıb, Müdafiə Ordusu cavab zərbələri endirib
Livan ərazisindən İsrail-Livan sərhədindəki Ərəb Əl-Aramşe icmasına bitişik hərbi posta doğru raket atılıb.

Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, həlak olan və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Qeyd edək
ki, ötən iki gün ərzində Livan ərazisindən İsrailə 10-dan çox raket atılıb.

İsrail Müdafiə Ordusu cavab olaraq Livan ərazisinə raket zərbələri endirib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google