Putin Ermənistana səfər etsə həbs ediləcək
Ermənistan Prezidenti Vaahn Xaçaturyan Beynəlxalq Ədalət Məhkəməsinin (Haaqa tribunalı) Roma statutunun ratifikasiyası haqqında qanunu təsdiqləyib.

Bununla da, Roma staututu Ermənistanda qüvvəyə minib.

Qeyd edək ki, Roma statutununu qəbul edən ölkələr üzərlərinə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürür.

Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı)
Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində saxlanılma qərarı çıxarıb.

Sənəd qüvvəyə mindiyindən Putin Ermənistan ərazisinə səfər edəcəyi təqdirdə həbs olunaraq, Haaqa tribunalına verilməlidir.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google