Çində ilk süni ət fabriki açılıb
Şanxayda yerləşən CellX şirkəti süni ət istehsalı üçün sınaq zavodu açıb. Bu barədə South China Morning Post yazıb.

CellX-in CEO-su Ian Tzilian bildirib ki, "pilot istehsaldan əldə edilən tapıntılar şirkətin 2025-ci ilə qədər tamamlanması planlaşdırılan və ildə yüzlərlə ton məhsul istehsal edə biləcək kommersiya istehsal kompleksinə tətbiq olunacaq".

Onun sözlərinə görə, müəssisədə 2000 litr həcmli
bioreaktor var. Vaxt keçdikcə avadanlıqların sayı artacaq və məhsulun maya dəyəri yüksək keyfiyyəti qoruyub saxlamaqla yanaşı, azalacaq və kiloqramı 100 dollardan aşağı olacaq.

Baş direktor deyir ki, ilin sonuna qədər CellX süni ət satmaq üçün ABŞ və Sinqapura müraciət edəcək. Laboratoriyada yetişdirilən məhsulların hələlik yalnız bu ölkələrdə satışına icazə verilib.

Çin şirkəti 2025-ci ilə qədər beynəlxalq bazara çıxmağı planlaşdırır.

Nəşr yazıb ki, zavodun pilot versiyasının yaradılması Çin üçün sıçrayışdır, çünki ölkə 1,4 milyard insanın ərzaq təhlükəsizliyini təmin etmək üçün heyvani protein mənbəyi tapmaq problemi ilə üzləşib.

2022-ci ilin yanvar ayında Çinin Kənd Təsərrüfatı Nazirliyi beşillik kənd təsərrüfatı planını dərc edib və burada ilk dəfə müxtəlif innovativ məhsulların, o cümlədən süni ətin qeyd edildiyini açıqlamışdı.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google