Azərbaycanın azad edilmiş ərazilərdə və Naxçıvanda Azərbaycan-Türkiyə birgə təlimi keçiriləcək
Azərbaycanda Azərbaycan-Türkiyə birgə təlimi keçiriləcək. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri artıq Azərbaycandadır.

Qeyd edilib ki, birgə taktiki
təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və Azərbaycanın azad edilmiş əraziləri də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.


Print Email
FaceBook Twitter Google