İsrail Qəzzada məscidi vurub
İsrail ordusunun hava zərbələri nəticəsində Qəzza zolağında daha bir məscidin tamamilə dağıdıldığı açıqlanıb.

Qəzzada Daxili İşlər Nazirliyinin "Telegram" səhifəsində yer alan açıqlamada Qəzza zolağının şimalındakı Cibaliye bölgəsində İsrail ordusunun hədəfində olan əl-Öməri məscidinin tamamilə dağıdıldığı bildirilib.

Açıqlamada hücumda ölən və ya yaralanan olub-olmadığı barədə məlumat verilməyib.

Qəzza zolağındakı "Həmas"a bağlı hökumətin mətbuat xidmətinin rəhbəri Selame Maruf
oktyabrın 18-də verdiyi açıqlamada "İsrail 10 məscidi dağıdıb, onlarla məscid və məbədə ziyan vurub. Bunların arasında 7 tarixi məscid və kilsə də var" deyib.

Mənbə: trt.net.tr
Print Email
FaceBook Twitter Google