Rusiya-Gürcüstan sərhədində mərmi aşkarlanıb
Rusiya və Gürcüstan arasında yerləşən "Verxniy Lars" keçid məntəqəsində qumbaraatan mərmisi aşkar edilib.

Şimali Osetiyada "Verxniy Lars" nəzarət-buraxılış məntəqəsinin şimal tərəfində ekskavator
yolu genişləndirmək üçün işləyərkən “VOQ-25” tipli qumbaraatan mərmisi tapılıb.

Hadisə yerinə ekspertlər cəlb olunub, mərmi zərərsizləşdirilib.

Rusiya hüquq mühafizə orqanları mərminin Rusiya-Gürcüstan sərhədinə necə düşdüyünün məlum olmadığını bildirib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google