Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunu ratifikasiya üçün parlamentə göndərib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya üçün parlamentə göndərib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi paylaşım edib.

“İsveçin NATO-ya üzvlük Protokolu 23 oktyabr 2023-cü ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb və Türkiyə Böyük Millət Məclisinə göndərilib”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 iyul tarixində Vilnusda Türkiyə, NATO və İsveçin iştirakı ilə üçlü görüşdə İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı qərarını verib.
Print Email
FaceBook Twitter Google