Brüsseldə Əliyev-Paşinyan görüşü keçirilməyəcək
Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında oktyabrın sonlarına planlaşdırılan görüş baş tutmayacaq. Bu barədə Azadlıq Radiosu-nun Ermənistan xidmətinə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bildirib.

Onun sözlərinə görə, görüş "vaxt çatışmazlığı səbəbindən" keçirilməyəcək. Klaar həmçinin qeyd edib ki, Brüssel belə bir görüşün təşkili üzərində işləməyə davam edir.

Xatırladaq ki,
bir müddət əvvəl oktyabrın 25-də Əliyev-Paşinyan-Mişel görüşünün keçiriləcəyi bildirilmişdi. Avropa İttifaqındakı mənbələrin iddialarına görə, Bakı və Yerevan bu görüşə razılıq vermişdi.

Bu arada, Brüsseldə Avropa İttifaqı Şurasının iclası açılır. Prezident Şarl Mişer iştirakçılara müraciətində qeyd edib ki, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunan məsələlər arasında olacaq.

Mənbə: turan.az
Print Email
FaceBook Twitter Google