ABŞ-da kütləvi atışma nəticəsində azı 22 nəfər ölüb
CNN xəbər verib ki, ABŞ-ın Men ştatının Lyuiston şəhərində baş verən kütləvi atışma nəticəsində azı 22 nəfər ölüb.

Televiziya müxtəlif mənbələrə əsaslanaraq 50-60 nəfərin yaralandığını da bildirir.

Polis atışmanın bir neçə yerdə baş verdiyini bildirib. Onların məlumatına görə, hazırda şübhəlinin axtarışı davam etdirilir
və əhali diqqətli olmalıdır. Lyuiston meri Karl Şelin də sakinləri evdə qalmağa çağırıb.

Ağ Ev bildirir ki, prezident Co Bayden hadisə ilə bağlı məlumatlandırılıb.

Print Email
FaceBook Twitter Google