Gürcüstan vətəndaşının idarə etdiyi avtomobil Azərbaycanda qəzaya uğrayıb
Gürcüstan vətəndaşının idarə etdiyi avtomobil Azərbaycanda qəzaya uğrayıb. Belə ki, Şəki-Qax avtomobil yolunun 9-cu kilometrliyində, Şəki rayonun İnçə kəndi ərazisində “TIR” qəzaya uğrayaraq dərəyə aşıb.

Yük avtomobilini Gürcüstan vətəndaşı idarə edirmiş.

Avtomobil Qax istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub və aşan “TIR” qaldırıcı kran vasitəsilə dərədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google