İordaniya kralı: HHQ Qəzzaya tibbi ləvazimat çatdırıb
İordaniya Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza zolağındakı səhra xəstəxanasına bir qrup dərman çatdırıb.

Bu barədə Kral II Abdalla sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, ləvazimatlar paraşütlə atılıb:

“Qorxmaz Hərbi Hava Qüvvələrimiz gecə yarısı Qəzzadakı İordaniya səhra xəstəxanasına təcili tibbi yardım çatdırıb. Biz həmişə fələstinli qardaşlarımızın yanında olacağıq”, – o qeyd edib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google