İerevan Universitetində partlayış baş verib, yaralananlar var
Ermənistanın paytaxtında yerləşən İrəvan Dövlət Universitetinin Kimya, Coğrafiya, Əczaçılıq İnstitutunun yerləşdiyi korpusda partlayış baş verib. Hələlik partlayışın dəqiq səbəbi məlum deyil.


Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış universitetin kimya fakültəsinin zirzəmisində baş
verib, burada təmir işləri aparılıb.

İlkin məlumata görə, 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadaları və yanğınsöndürən avtomobillər cəlb ediliblər. Tədris prosesi dayandırılıb.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google