Sergey Lavrov ATƏT-in nazirlər toplantısında təşkilatın “uçurumun astanasında” olduğunu deyib və çıxışından sonra zalı tərk edib
ATƏT uçurumun astanasındadır, - Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirlər Şurasının açılış iclasında bildirib.

“Gəlin etiraf edək ki, təşkilat uçurumun astanasındadır”. Sadə sual yaranır: onu dirçəltmək üçün qüvvələri səfərbər etməyin mənası varmı?”,
- Lavrov bildirib.

"ATƏT mahiyyətcə NATO və Avropa İttifaqının əlavəsinə çevrilir"
, - Rusiya XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Lavrov çıxışından qısa müddət sonra zalı tərk edib və digər nümayəndələri dinləməyib.

Print Email
FaceBook Twitter Google