İlham Əliyev növbədənkənar prezident seçkisi təyin edib
Cümə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi üçün sərəncam imzalayıb, president.az saytı yazıb.

Prezidentin sərəncamına əsasən növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-nə təyin olunub.

Növbədənkənar seçkilərin keçirilmə səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub.

Sonuncu prezident seçkisi də növbədənkənar, planlaşdırılandan yarım il əvvəl keçirilib.

2016-cı ildə keçirilən referendum seçkiləri nəticəsində Konstitusiyada dəyişilik edilərək prezidentlik müddəti 5 ildən 7 ildək uzadılıb.

Konstitusiyaya görə Prezident İlham Əliyevin prezidentlik səlahiyyəti 2025-ci ildə başa çatır.

Mənbə: BBC Azerbaycan
Print Email
FaceBook Twitter Google