Danimarka Qurani-Kərimin yandırılmasını qadağan edən qanun layihəsi qəbul edib
Müsəlman ölkələrdə İslamın müqəddəs kitabının təhqir olunması ilə bağlı etirazların Danimarkanın təhlükəsizliyinə hədə ola biləcəyinin narahatlıqlara səbəb olmasından sonra Danimarka parlamenti cümə axşamı ictimai yerlərdə Qurani- Kərim nüsxələrinin yandırılmasını qadağan edən qanun layihəsini qəbul edib.

Danimarka və İsveçdə bu il İslam əleyhdarı fəalların Qurani- Kərimin nüsxələrini yandırdmaları və ya başqa bir şəkildə zədələmələri etirazlarla qarşılanıb və müsəlmanlarla gərginliyə səbəb olub və Skandinaviya hökumətlərindən bu praktikanı qadağan etmək tələbləri irəli sürülüb.

Danimarka Qurani-Kərimin yandırılmasının İslamçıların hücumlarına səbəb olacağı qorxusu fonunda konstitusiya ilə qorunan söz azadlığı, o cümlədən dini tənqid etmək qanunları ilə milli təhlükəsizlik arasında balans yaratmağa çalışıb.

İsveç və Danimarkadakı yerli tənqidçilər iddia edirlər ki, Quranın yandırılması da daxil olmaqla, dini tənqidlə bağlı hər hansı məhdudiyyətlər regiondakı liberal azadlıqları sarsıdır.

"Tarix buna görə bizi sərt şəkildə mühakimə edəcək və buna yaxşı səbəb göstərəcək. Məsələ söz azadlığı məhdudiyyətinin bizim tərəfimizdən müəyyən edilib-edilməməsində, yoxsa bunun kənardan diktə edilib-edilməməsindədir" - deyə, qadağaya qarşı çıxan Danimarka Demokratlar Partiyasının lideri İnqer Stoyberq bildirib.

Danimarkanın mərkəzçi koalisiya hökuməti yeni qaydaların söz azadlığına bir o qədər də təsiri olmayacağını və dini başqa yollarla tənqid etməyin qanuni olaraq qaldığını iddia edib.

Hökumət yeni qanunu pozmağın cərimə və ya iki ilə qədər həbslə cəzalandırılacağını bildirib.

İsveç də Qurani-Kərimin təhqirlərini qanuni olaraq məhdudlaşdırmağın yollarını nəzərdən keçirir. Lakin Danimarkadan fərqli bir yanaşma tətbiq edir. O, ictimai etirazlar üçün müraciətlərə qərar verərkən polisin milli təhlükəsizliyə təsir edib-etmədiyini araşdırır.


Print Email
FaceBook Twitter Google