Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan hökuməti koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimini aprelin 2-dək uzadıb.

“Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və onun mümkün nəticələrinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2 aprel 2024-cü il saat 06:00-dək uzadılsın”,
– bununla bağlı məlumat Azərbaycan Nazirlər Kabinetinin saytında dərc olunub.

Bu o deməkdir ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədi bağlı qalır.

Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 2-dək nəzərdə tutulmuşdu.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google