Putin: "Rusiyanın NATO ölkələri ilə döyüşməkdə marağı yoxdur"
Rusiyanın NATO ölkələrinə qarşı nə heç bir ərazi iddiası, nə də döyüşməkdə marağı yoxdur.

Bunu Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

Rusiya prezidenti ABŞ lideri Co Baydenin Moskvanın guya NATO-ya hücum edə biləcəyi ilə bağlı açıqlamalarını cəfəngiyyat adlandırıb:

"Bu tam cəfəngiyatdır. Düşünürəm ki, prezident Bayden bunu başa düşür, bu, sadəcə olaraq, Rusiya istiqamətində yanlış siyasətinə haqq qazandırmaq üçün bir ifadədir".

Mənbə: report.az

Print Email
FaceBook Twitter Google