Bu ayın sonu Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək
Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işi çərçivəsində yanvarın sonunda növbəti görüş keçiriləcək.

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.

O, qeyd edib ki, yanvarın 4-də İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı təkliflər təqdim edib.

Xatırladaq ki, iki ölkənin baş nazir müavinlərinin iştirakı ilə son görüş 2023-cü ilin noyabrın 30-da baş tutub.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google