Azərbaycandan Gürcüstana keçməyə cəhd göstərən Pakistan vətəndaşı saxlanılıb
"Azərbaycandan Gürcüstana keçməyə cəhd göstərən Pakistan vətəndaşı saxlanılıb", – bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat yayıb.

"Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib",
– məlumatda deyilir.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google